Azərbaycan pambıq ixracından gəlirini 45%-ə yaxın artırıb
30 Mart 2026 16:17   30 Mar 2026 17:32 Paylaş

Bu ilin ilk iki ayında ölkə 1,962 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

"Stabil.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 41,07 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 44,5 % çoxdur.

Pambıq üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,08 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 1,12 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol