Azərbaycan–Pakistan iqtisadi əməkdaşlığının gücləndirilməsi müzakirə olunub
28 Yanvar 2026 20:32   28 Jan 2026 22:35 Paylaş

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirin müavini – xarici işlər naziri Mühəmməd İshaq Dar telefon danışığı zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

"Stabil.az"ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyi "X"də açıqlama yayıb.

"Tərəflər Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə edib və sıx təmasları davam etdirmək barədə razılığa gəliblər", – məlumatda qeyd olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol