Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





