Azərbaycan nümayəndə heyəti “Sülh körpüsü” dəyirmi masasında iştirak üçün Ermənistana gedib
Azərbaycan nümayəndə heyəti fevralın 13-14-də Ermənistanda keçiriləcək “Sülh körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masada iştirak etmək üçün ölkəyə səfər edib.
"Stabil.az" "Armenian Council"a istinadən xəbər verir ki, dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri bir araya gələcək.
Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimitasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana daxil olub.
“Sülh körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, dəyirmi masada hər iki tərəfdən geniş nümayəndə qrupu iştirak edəcək. Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir. Onlar arasında Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağəmirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlya Hüseynov və Fuad Ağamalıyev yer alır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




