Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
31 Mart 2026 10:20   Paylaş

“Azeri Light” (CIF) markalı Azərbaycan nefti dünya bazarında 128 dollar səviyyəsini aşaraq bahalaşıb.

"Stabil.az" ticarət məlumatlarına istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,81 ABŞ dolları və ya 3,07% artaraq 128,05 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 124,24 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol