Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
20 Mart 2026 12:55   20 Mar 2026 14:11 Paylaş

Dünya bazarında Azərbaycan neftinin bahalaşması davam edir.

"Stabil.az" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,91 dollar və ya 4,17 faiz artaraq 122,7 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol