Azərbaycan nefti bahalaşaraq 88 dollara yaxınlaşıb
6 Mart 2026 10:12   Paylaş

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

"Stabil.az" ticarət məlumatlarına istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,61ABŞ dolları və ya 6,82% artaraq 87,9 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,29 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol