Azərbaycan MN rəhbərliyi Ər-Riyadda dünya müdafiə sərgisində iştirak edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defense Show 2026” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.
"Stabil.az"ın MN-ə istinadən verdiyi məlumata görə, sərgidə dünyanın tanınmış şirkətləri ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin stendində ölkəmizdən olan digər özəl şirkətlərin məhsulları da nümayiş etdirilib.
Nazirliyin rəhbər heyəti stendlərdə müasir silah və texnika, aviasiya vasitələri, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahəsindəki yeniliklərlə tanış olub.
Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman və bir sıra şirkət rəhbərləri ilə görüşərək hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Qeyd edək ki, “World Defense Show” sərgisi müdafiə sənayesi üçün mühüm platforma hesab olunur və dünyanın qabaqcıl şirkətlərini bir araya gətirərək innovativ texnologiyaların təqdimatı, strateji əməkdaşlıq və işgüzar görüşlərə ev sahibliyi edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





