Azərbaycan minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib
3 İyun 2026 01:56   Paylaş

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

"Stabil.az" xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb. "Tipos Arena"da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.

Azərbaycan seçməsi 1/2 finalda Serbiya ilə üz-üzə gələcək. Görüş bu gün təşkil olunacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol