Azərbaycan millisi Tacikistanı məğlub edib
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
"Stabil.az" xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv Bakıda Tacikistan yığması ilə qarşılaşıb.
"Palms Sports Arena"da oynanılan qarşılaşma yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolu 58-ci dəqiqədə rəqibin qapıçısı Oleq Baklov vurub.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




