Azərbaycan millisi bu gün Tacikistanla yoldaşlıq oyununda qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.
"Stabil.az"ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək.
8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.
Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqası turnirində keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





