Azərbaycan – Malta görüşünə hakim təyinatları bəlli olub
Futbol üzrə Azərbaycan milli komandasının Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.
"Stabil.az" AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Mixali Kapralinə laysmanlar Balaş Buzaş və Bençe Belitsa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tamaş Boqnar yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 5-də Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





