Azərbaycan - Lixtenşteyn matçını idarə edəcək hakimlər bəlli olub
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.
"Stabil.az" xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
FIFA referisi Kristian Petru Çokirkaya həmyerliləri Maksimilian Vays və Mihael Obritsberqer kömək göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.
VAR-da Manuel Şyuttenqruber, AVAR-da Aleksander Harkam əyləşəcəklər.
Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





