Azərbaycan Kubokunun finalında “Sabah” “Zirə” ilə qarşılaşacaq
13 May 2026 12:10   Paylaş

Bu gün keçiriləcək həlledici oyunda Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək və 2025/2026 mövsümünə yekun vurulacaq.

"Stabil.az" xəbər verir ki, həlledici görüşdə “Sabah” və “Zirə” komandaları qarşılaşacaq.

“Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.

Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol