Azərbaycan Kubokunda ikinci finalçı bu gün müəyyənləşəcək
22 Aprel 2026 12:07   Paylaş

Bu gün futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçının kim olacağı məlum olacaq.

"Stabil.az" xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol