Azərbaycan karateçiləri Moldovadakı beynəlxalq turniri 11 medalla başa vurublar
Azərbaycan idmançıları Moldovada təşkil olunan açıq beynəlxalq karate turnirində 11 medal qazanıblar.
"Stabil.az" Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, təmsilçilərimiz yarışı 8 qızıl və 3 bürünc medalla başa vurublar.
Turnirdə Günay Ramazanova (61 kq), Gülşən Ramazanova (55 kq), Aysu Tarverdi (61 kq), Leyla Karimzadə (50 kq), Fatimə Hüseynli (42 kq), Raul Abdulov (45 kq), İsmayıl Paseyev (40 kq) və Davud Əliyev (45 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər idmançılardan Davud İsmayılov (40 kq), Murad Abdulov (40 kq) və Sadiq İbrahimov (35 kq) isə bürünc medala sahib olublar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





