Azərbaycan kanoeçisi Boqdan Kurudz qızıl medalla Avropa çempionu olub
12 İyun 2026 16:22   Paylaş

Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, o, Masters kateqoriyasında (35–39 yaş) birinci yeri tutub.

500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.

Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol