Azərbaycan I yarımildə işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edib
Bu ilin ilk yarısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 340 layihə həyata keçirilib.
"Stabil.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu layihələrin icrasına 1 milyard 64,1 milyon manat xərclənib ki, bu da faktiki ayırmaların 30,4 %-ni təşkil edib.
6 ayda Qarabağ və Şərqi Zəngəzurda icra edilmiş layihələrin 76-sı nəqliyyat, 36-sı su təsərrüfatı və meliorasiya, 11-i energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 182-si sosial, 16-sı isə sair layihələr olub.
Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 505,2 milyon manat (icra 48 %), sosial layihələrin icrasına 400,5 milyon manat (23 %), su təsərüffatı və meliorasiya layihələrinin icrasına 7,6 milyon manat (3 %), energetika və sənaye layihələrinin icrasına 15,4 milyon manat (11 %), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 60,3 milyon manat (42 %), sair layihələrin icrasına 75,2 milyon manat (31 %) vəsait xərclənib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





