Azərbaycan hərbçiləri EFES - 2026da paraşüt tullanışları dəqiqliklə yerinə yetiriblər
12 May 2026 15:54   Paylaş

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimi çərçivəsində növbəti tapşırıqları, o cümlədən paraşüt tullanışlarını uğurla yerinə yetiriblər.

"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.

Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və "EFES-2026" təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.

Qeyd edək ki, Azərbaycanın hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol