"Azərbaycan Hava Yolları" ilk rübdə 4,5 milyon dollarlıq ixrac həyata keçirib
2026-cı ilin yanvar-mart aylarını 4,5 milyon dollarlıq ixrac göstəricisi ilə tamamlayan “Azərbaycan Hava Yolları” QSC, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 700 min dollar və ya 18,4 faiz artırmağa nail olub.
"Stabil.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 3,8 milyon dollar olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





