Azərbaycan – Gürcüstan ticarət dövriyyəsi 7%-ə yaxın yüksəlib
2026-cı ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 77 milyon 885 min ABŞ dolları təşkil edib.
"Stabil.az"ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.
Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,2 %-i qədər olub.
İl ərzində Azərbaycanın Gürcüstana ixracının dəyəri 7,3 % artaraq 69 milyon 311 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 0,6 % artaraq 8 milyon 574 min ABŞ dolları olub.
Ay ərzində Gürcüstana ixrac ümumi ixracın 3,1 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





