Azərbaycan gimnastları Portuqaliyadakı uğurdan sonra Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində baş tutan batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında uğur qazanan Azərbaycan gimnastları Vətənə dönüblər.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 gümüş qazanan komandanı media nümayəndələri, federasiya rəsmiləri və idmançıların ailə üzvləri qarşılayıblar.
Turnirdə tamblinq üzrə çıxışlar xüsusilə yaddaqalan olub. Komandamız final mərhələsində yüksək nəticə göstərərək gümüş medal qazanıb. Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş medaldır.
Bu Avropa çempionatı Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili minibatut üzrə gənclər arasında final mərhələlərinə yüksəlməklə yadda qalıb.
Azərbaycan gimnastları Avropa çempionatında ümumilikdə mümkün olan 16 final mərhələsindən 13-nə yüksələrək yarışın ən uğurlu iştirakçıları sırasında yer alıblar.


Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





