Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə və buğda göndərilib -   YENİLƏNİB
1 İyun 2026 14:45   Paylaş

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

"Stabil.az" xəbər verir ki, 2 vaqondan ibarət, çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət, çəkisi 138 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini ixrac olunub.

(12:34)

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək

"Stabil.az" Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq.

Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol