Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndərilən gübrə yükü Biləcəri stansiyasından yola düşüb
4 May 2026 14:15   04 May 2026 14:26 Paylaş

Azərbaycan ərazisindən tranzit keçid imkanlarından istifadə edilməklə Rusiyadan Ermənistana göndərilən növbəti gübrə partiyası bu gün Biləcəridən müvafiq marşrut üzrə hərəkətə keçib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, 8 vaqondan ibarət, ümumi çəkisi 536 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton “Aİ-92” benzini və 2955 ton “Aİ-95” benzini ixrac olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol