Azərbaycan Efiopiya ilə müdafiə əlaqələrini genişləndirəcək
13 Aprel 2026 13:47   13 Apr 2026 13:54 Paylaş

Azərbaycan Efiopiya ilə müdafiə sahəsində əməkdaşlıq edəcək.

"Stabil.az" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.

Sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin aprelin 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol