Azərbaycan “EFES-2026” təlimində dənizdən hücum tapşırığını yerinə yetirib
Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimi çərçivəsində növbəti mərhələ üzrə tapşırıqlar yerinə yetirilib.
"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə məlumat verilib.
Bildirilib ki, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.
Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.
Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





