Azərbaycan Dövlət Neft Fondu qızıl ehtiyatlarını 200 tonadək çatdırıb
27 Yanvar 2026 11:15   Paylaş

2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 53,4 ton qızıl alaraq qızıl ehtiyatlarını 200 tona çatdırıb.

“Stabil.az” xəbər verir ki, məlumat Fondun rəsmi mənbələrinə istinadən təqdim edilib.

Məlumata görə, 2026-cı il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 38,2 faiz olub. Bu göstərici 1 il əvvəlki ilə müqayisədə 17,6 faiz bəndi çoxdur. Artım həm qızıl alışından, həm də qızılın dünya bazarındakı qiymətinin yüksəlməsindən qaynaqlanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol