Azərbaycan cüdoçuları Rusiyada keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar
18 May 2026 12:13   Paylaş

Rusiyanın Xabarovsk şəhərində yeniyetmələr arasında cüdo üzrə Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir təşkil olunub.

"Stabil.az" xəbər verir ki, Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komanda turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.

Polad Həsənli (81 kiloqram) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub. Zaməddin Bağırov (66 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.

News about - Azərbaycan cüdoçuları Rusiyada keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar

News about - Azərbaycan cüdoçuları Rusiyada keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol