Azərbaycan Çexiya ilə aqrar-sənaye sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Çexiya nümayəndələri aqrar-sənaye, kimya və enerji istiqamətlərində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Stabil.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Çexiyanın aqrar-sənaye sahəsində ixtisaslaşmış "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşdə bu ölkə ilə biznes əlaqələrini, ölkəmizin investisiya potensialını və işgüzar müstəvidə birgə fəaliyyətin təşkili məsələlərini vurğuladıq. Aqrar-sənaye, kimya sənayesi və enerji sektorunda əməkdaşlıq imkanlarını müzakirə etdik",-deyə nazir qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





