Azərbaycan buğda idxalını 29 % artırıb
20 Aprel 2026 16:48   Paylaş

Azərbaycan cari ilin ilk üç ayında 371 min 801 ton buğda idxal edərək göstəricini 29 faiz artırıb.

"Stabil.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 82 milyon 765 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 83 min 806 ton (29 %), dəyər baxımından isə 20 milyon 520 min dollar (33 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2 %-ni təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol