Azərbaycan-Bolqarıstan neft ticarətində həcmlər əhəmiyyətli dərəcədə yüksəlib
2025-ci ildə Azərbaycan Bolqarıstana 169 525,7 ton xam neft ixrac edib.
“Stabil.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan neftin dəyəri 92,29 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər 2024-cü illə müqayisədə miqdar baxımından 2,1 dəfə, dəyər baxımından isə 2 dəfə artım deməkdir. Bolqarıstana ixrac edilən xam neft Azərbaycanın ümumi ixracında 0,72 % paya malik olub.
Bundan başqa, 2025-ci ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən 23,38 milyon ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarını 12,09 milyard ABŞ dolları dəyərində ixrac edib.
Hesabat dövründə Azərbaycan ümumilikdə 49,42 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı həyata keçirib. Bunun 25,04 milyard dolları ixracın, 24,38 milyard dolları isə idxalın payına düşüb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




