Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaqlar
5 Avqust 2026 11:20   Paylaş

Azərbaycan boksçuları Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda keçiriləcək məktəblərarası (U-15) beynəlxalq turnirdə iştirak edəcəklər.

"Stabil.az" bu barədə Azərbaycan Boks Federasiyasına istinadən məlumat verib.

Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) rinqə çıxacaqlar.

Sabah başlayacaq yarış 4 gün davam edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol