Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclası keçirildi
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclası Əbu-Dabidə keçirilib.
"Stabil.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.
İclasın yekununda “Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu” imzalanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





