Azərbaycan Basketbol Liqasında yarımfinalın ikinci oyunları başlayır
25 Aprel 2026 14:58   Paylaş

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.

"Stabil.az"ın məlumatına görə, ilk oyun günündə "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək.

Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun Bakı klubunun 96:67 hesablı üstünlüyü ilə bitib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol