Azərbaycan Basketbol Liqasında XVI tur başlayır
4 Fevral 2026 10:37   Paylaş

Azərbaycan Basketbol Liqasında XVI tur bu gün start götürür.

"Stabil.az" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

"Lənkəran" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Görüş Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" B qrupunda 20 xalla beşinci, "Lənkəran" 19 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol