Azərbaycan Basketbol Liqası: XIV turda daha bir oyun baş tutub
24 Yanvar 2026 16:55   25 Jan 2026 18:26 Paylaş

Azərbaycan Basketbol Liqasının XIV turu çərçivəsində daha bir oyun keçirilib.

“Stabil.az" "Report"a istinadən xəbər verir ki, A qrupunda mübarizə aparan “Gəncə” komandası doğma meydanda “Sabah” klubunu qəbul edib.

Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmada Bakı təmsilçisi üstün oyun nümayiş etdirərək 101:77 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun əvvəl keçirilən digər görüşlərində “Sumqayıt” “Ordu”nu 100:96, “Quba” “Lənkəran”ı 86:68, “Naxçıvan” isə “Sərhədçi”ni 65:57 hesabı ilə məğlub edib. Azərbaycan Basketbol Liqasında XIV tura yanvarın 25-də yekun vurulacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol