Azərbaycan Basketbol Liqası: “Abşeron Lions” yarımfinala vəsiqə qazanıb
17 Aprel 2026 16:30   Paylaş

“Abşeron Lions” Azərbaycan Basketbol Liqasında növbəti mərhələyə adlayaraq yarımfinala yüksəlib.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda "Şəki"ni məğlub etməklə nail olub.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə "Abşeron Lions" üstün olub - 109:78.

Günün ikinci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.

Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.

Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol