Azərbaycan Avstriyaya ixrac etdiyi xam neftin həcmini iki dəfədən çox yüksəldib
29 Yanvar 2026 18:15   Paylaş

Ötən il Azərbaycan Avstriyaya 177 min 544,3 ton xam neft ixrac edib.

"Stabil.az"ın Dövlət Gömrük Komitəsinə istinadla verdiyi məlumata görə, ixrac edilən məhsulun dəyəri 87 milyon 951,93 min ABŞ dolları təşkil edib.

2024-cü illə müqayisədə ixrac olunan neftin miqdarı 2,07 dəfə, dəyəri isə 1,8 dəfə artıb. Avstriyaya ixrac edilən xam neft Azərbaycanın ümumi neft ixracında 0,76 % paya malik olub.

Qeyd edək ki, 2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumilikdə 23 milyon 381 min 284,82 ton xam neft və neft məhsulları ixrac edərək, 12 milyard 091 milyon 147,47 min ABŞ dolları dəyərində satış həyata keçirib.

Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 49 milyard 423 milyon ABŞ dolları olub. Bunun 25 milyard 43 milyon dolları ixracın, 24 milyard 380 milyon dolları isə idxalın payına düşüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol