Azərbaycan Avropa Kubokunda 10 bədii gimnastla çıxış edəcək
22 Aprel 2026 19:22   Paylaş

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda Azərbaycanın təmsilçiləri müəyyənləşib və yarışda 10 idmançı iştirak edəcək.

"Stabil.az" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda milli komandanın 10 idmançısı bacarığını nümayiş etdirəcək.

Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, aprelin 30-dan mayın 3-dək davam edəcək Avropa Kubokunda 31 ölkədən ümumilikdə 194 idmançı qüvvəsini sınayacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol