Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaqlar
20 İyul 2026 16:13   Paylaş

Azərbaycan avarçəkənləri Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

"Stabil.az" Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Qitə çempionatına dörd idmançı qatılacaq. Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoedə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəni təmsil edəcəklər.

Xatırladaq ki, yarış iyulun 23-26-sı aralığında təşkil olunacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol