Azərbaycan AIDA vasitəsilə Pakistanın daşqın bölgəsinə humanitar yardım göndərib
6 May 2026 12:19   Paylaş

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə Pakistanın Sind əyalətində təbii fəlakətdən zərərçəkmiş əhaliyə genişmiqyaslı humanitar yardım aksiyası reallaşdırılıb.

"Stabil.az" Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər verir ki, səfirlik vasitəsilə həyata keçirilən layihə çərçivəsində daşqınlardan zərər çəkmiş 400 ailəyə əsas ərzaq məhsulları və gündəlik tələbat mallarından ibarət yardım paketləri təqdim olunub.

Bu aksiya Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla, qarşılıqlı dəstəyin və həmrəyliyin əhəmiyyətini bir daha nümayiş etdirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol