"Stabil.az" Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişafına həsr olunmuş görüşdə ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb və iyunun 2-də Bakıda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının ikitərəfli əməkdaşlığın inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər.
Bundan əlavə, görüşdə iqtisadi və ticari əlaqələrin dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional sabitlik və rifahın təşviqi istiqamətində dialoqu davam etdirmək niyyəti ifadə olunub.
Haqqımızda
Əlaqə





