Azərbaycan 7 ayda təbii qaz ixracını artırıb
17 Avqust 2026 12:28   17 Aug 2026 15:02 Paylaş

Yanvar-iyul aylarında Azərbaycandan 14 milyard 427,7 milyon kubmetr təbii qaz ixrac edilib və göstərici ötən ilin eyni dövrünü 0,13 faiz üstələyib.

"Stabil.az" bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 7,3 faiz azalaraq 4 milyard 882,4 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında isə Azərbaycandan 5 milyard 269,1 milyon dollar dəyərində yəni, 14 milyard 409,7 milyon kubmetr təbii qaz ixrac edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol