Azərbaycan 7 ayda Ermənistana 17,3 milyon dollarlıq məhsul ixrac edib
17 Avqust 2026 12:53   Paylaş

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində mal ixrac edilib.

"Stabil.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabata əsasən, bu göstərici Azərbaycanın ümumi ixracının 0,09 faizini təşkil edib.

Cari ilin mart ayında isə Azərbaycan Ermənistandan ilk dəfə 960 dollar dəyərində mal idxal edib. Ötən ay Ermənistandan idxal olmayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol