Azərbaycan 2025-ci ildə 25,2 milyard kubmetr qaz ixrac edib
13 Mart 2026 14:21   Paylaş

Ötən il Azərbaycandan ümumilikdə 25,2 milyard kubmetr qaz ixrac olunub.

"Stabil.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir diqqətə çatdırıb ki, ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib. Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol