Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
2025-ci ilin büdcəsində müdafiə və milli təhlükəsizlik üçün xərclər artırılıb. Bu, Azərbaycanın suverenliyinin və milli təhlükəsizliyinin dövlət siyasətində prioritet olduğunu göstərir. Baş nazir bildirib ki, ölkə hazırda 20-yə yaxın dövlətə hərbi məhsullar ixrac edir.
"Stabil.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8,1 milyard manat vəsait ayrılıb.
Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





