Azərbaycan 20 Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad etdi
Yanvarın 20-də, Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
"Stabil.az" xəbər verir ki, bu müddət ərzində nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən və avtomobillərdən siqnallar verilib.
Qeyd olunur ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır və 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edir, məzarları üzərinə tər çiçəklər düzürlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





