Azər Mənsuri və digər ictimai-siyasi xadimlər İranda həbs olunub
9 Fevral 2026 14:20   Paylaş

İranda bir neçə ictimai-siyasi xadim həbs olunub.

"Stabil.az" İran mediasına istinadən xəbər verir ki, sözügedən şəxslər “milli birliyi hədəfə almaq, ölkənin siyasi-ictimai nizamını pozmaq, konstitusiyaya zidd mövqe tutmaq, düşmən təbliğatı ilə eyni xətti tutmaq, düşmən qarşısında təslim olmağı təbliğ etmək” və digər ittihamlarla üzləşiblər.

Onların arasında “İslahat Cəbhəsi”nin və “Millətin birliyi” partiyasının sədri Azər Mənsuri, keçmiş parlamentari Ebrahim Əsğərzadə, sabiq diplomat Mohsen Əminzadəvə “İslahat Cəbhəsinin” mətbuat katibi Cəvad Emam var.

Onların saxlanılması məhkəmə qərarı əsasında olub və yaşadıqları ünvanda təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar. Onların fəaliyyəti ilə bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol