AZAL Qarsa ilk uçuşunu həyata keçirib
30 İyul 2026 17:54   30 Jul 2026 18:24 Paylaş

"Azərbaycan Hava Yolları" QSC bu gün Türkiyənin Qars şəhərinə ilk reysini yerinə yetirib.

"Stabl.az" bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata görə, reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə, sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.

Türkiyə AZAL-ın ən geniş təmsil olunduğu bazar olaraq qalır. Hazırda aviaşirkət İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman, Adana və Qars istiqamətlərinə müntəzəm reyslər həyata keçirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol