AZAL Bakı–Dubay marşrutu üzrə uçuşları bu gündən bərpa etdi
Azərbaycan Hava Yolları (AZAL) bu gündən etibarən Dubay istiqamətində uçuşların icrasına yenidən başlayır.
"Stabil.az" bu barədə AZAL-ın rəsmi sosial media hesabında paylaşdığı açıqlamaya istinadən xəbər verir.
Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





